Dünya futbolu
Kosta-Rika da DÇ-2018-ə vəsiqə qazandı
Şimali Amerika zonasında DÇ-2018-in seçmə mərhələs…
Şimali Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin bir oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, Kosta-Rika Hondurası qəbul edib. Meydan sahibləri oyuna əlavə edilmiş dəqiqələrdə məğlubiyyətdən xilas ola biliblər – 1:1.
Bu heç-heçə sayəsində Kosta-Rika qrupda 2-ci yeri təmin edib. Bununla da onlar DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıblar. Meksika daha əvvəl DÇ-yə vəsiqə qazanmışdı.
Son turda daha bir vəsiqənin sahibi və Avstarliya-Suriya cütünün qalibi ilə pley-off oynayacaq komanda bəlli olacaq.
Qeyd edək ki, Kosta-Rika DÇ-2018-ə vəsiqə qazanan 13-cü komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya və Nigeriya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq