Dünya futbolu
Əsgərov qol vurdu, komandası qalib gəldi
Futbol üzrə Latviya birinci liqasında 23-cü turun oyunlar?…
Futbol üzrə Latviya birinci liqasında 23-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası – “Olayne” də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Smiltene” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının ilk qolunu da Vüqar vurub. “Olayne”nin ən məhsuldar futbolçusu olan həmyerlimiz 50-ci dəqiqədə hesabı açmaqla cari mövsümdə vurduğu qolların sayını 15-ə çatdırıb.
“Olayne” 23 turdan sonra 41 xalla 12 komanda arasında 3-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza