Bizi izləyin

Ölkə futbolu

“Neftçi”nin borcları və xatırlanmayan gəlir

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazovun son m&…

blank
“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazovun son müsahibəsi maraqlı məqamlarla doludur. Onun xüsusilə 3 məqam üzərində dayanması diqqət çəkir.
 
Müşahidə Şurası ilə bağlı açıqlama və paket maaşlarla bağlı dedikləri təsadüf ola bilməz. Şuranın adının hallandırılması, amma müdafiə edilməməsi bütün uğursuzluqların bu qurumun üzərinə yıxılması cəhdidi. Əsas məsələdən danışmayıb, ətrafında fırlanmağın başqa adı yoxdur.
 
“Konvert” sistemi, “Neftçi” rəhbərliyinin bu üsulla əlavə qazanc götürməsi haqda yazılanların təkzibi də gözləniləndi. Çünki bu, narahatedici detaldı, imkan daxilində gizli saxlanılmalıdı.
 
Əsas məsələ isə maliyyə problemləri haqda danışılarkən göstərilən hədəfdi: “Futbolçular və digər işçilər maaşlarını vaxtında alırlar. Bəli, biz gələndə böyük borclar var idi. Məcbur olub kredit götürdük və həmin borcların əksəriyyətini bağladıq. Hardasa 20-30 faiz xarici futbolçulara borclar qalmışdı. Əksəriyyətinin də işi UEFA-da idi. Yəni, bu məsələləri həll etmək məcburiyyətində idik. Saşa Stamenkoviç, Emil Mpenza, Nikolas Kanales kimi futbolçulara borclar vardı. Böyük vəsaitlər idi”.
 
Çəkilən 3 ada diqqət yetirin – Stamenkoviç, Mpenza və Kanales. Sadıq Sadıqovun dövründə “Neftçi”də olan və həmin rəhbərliklə birgə gedən oyunçuların adı çəkilir. Halbuki indiki rəhbərliyə bu futbolçuların yox, Elnur Məmmədovun vaxtında transfer edilənlərin problemləri miras qalmışdı. Bu “üçlüy”ün adı son günlər Sadıqovun kluba qayıtmaq ehtimalları səsləndiyi üçün çəkilib. Ləkələmək, xatırlatmaq, hədəf göstərmək üçün…
 
Eyvazov açıqlamasa da, biz bildirək ki, indiki rəhbərliyə bu oyunçulardan yalnız Stamenkoviç və Kanalesin problem qalıb. Mpenzaya olan 950 min dollarlıq borc hələ Elnur Məmmədov icraçı direktor olan vaxt – 2016-nın yayına kimi ödənib. Bunu Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov da müsahibəsində bildirmiş, borcun 6 aya bölünərək belçikalının hesabına köçürüldüyünü bəyan etmişdi.
 
Stamenkoviçə 80, Kanalesə 130 min dollar borc qalmışdı ki, bu məbləğə görə də 5 milyon manatlıq kredit götürməyə dəymirdi. Klub başqa problemlərə, qışda transferlər etmək üçün süni büdcə yaratmağa çalışıbsa, buna başqa don geyindirməsin. Sadıq Sadıqovun vaxtından qalan borclar Elnur Məmmədovun vaxtında ödənilib – Stamenkoviçlə məhkəmə çəkişməsi Çingiz Abdullayevin müdaxiləsi ilə erkən çözülüb, Kanalesi razı salmaq üçün isə o, yenidən komandaya cəlb edilib. Nikolas cüzi maaşa və borcun yavaş-yavaş ödənilməsinə razılaşıb.
 
Bəli, Eyvazovun daxil olduğu indiki rəhbərlik həqiqətən müəyyən qədər borc ödəməli olub. Amma bu, Eyvazovun nişan verdiyi oyunçulara görə deyil, Elnur Məmmədovun vaxtında yola salınan Erik Ramos, Anyete və digər futbolçulara görədi. Sabiq icraçı direktor köhnə borcları bağlasa da, devalvasiyanın vurduğu zərbə üzündən yeni oyunçulara ödənişlərdəki yubanmalara mane ola bilmədi. Bildiyimizə görə, bu məbləğ də hardasa 2 milyon manat civarında olub, amma…
 
…Amma iş ondadı ki, Məmmədov indiki rəhbərliyə borcla yanaşı, büdcədənkənar vəsait də qoyub getmişdi. Avroliqada iştiraka və bir mərhələ keçməyə görə gələcək 400 min avro, Ruslan Kurbanovun “Qəbələ”yə gedişinə görə alınan 130, Araz Abdullayevin satışına görə 120 min dollar klubun büdcəsinə gəlməliydi. Bu, təqribən 1 milyon manat deməkdi və adi hesablama da göstərir ki, ortada daha 1 milyonluq kəsir qalır. Bir daha təkrarlayırıq: buna görə 5 milyon manatlıq kredit götürməyə dəyməzdi. Kluba hər ay SOCAR-dan 600 min manat daxil olduğunu nəzərə alsaq, heç dəyməzdi.
 
Eyvazov həmin kreditin götürülməsinə Müşahidə Şurasının sədri Çingiz Abdullayev üçün alınan 250 min manatlıq xidməti maşının rol oynadığını deyə bilmirsə, özü bilər. Və ya Ruslan Kurbanov və Araz Abdullayevə görə ödənilən pullar klubun kassasına gəlib çıxmayıbsa, bu da mənim günahım deyil.
 
Kəsəsi, Elnur bəy danışmasa yaxşıdı, danışdıqca yeni mövzular verir.
 
CAVAD
 
P.S.: Georgi Navalovski müqaviləsinin qarşılıqlı pozulmasına görə 2 aylıq maaşından (20 min dollar) imtina etmişdi. Görəsən, o pullar klub büdcəsində qaldı, yoxsa?..
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm