Ölkə futbolu
Təsəllimiz var
DÇ-2018-in seçmə mərhələsində səfərdə Almaniya i…
DÇ-2018-in seçmə mərhələsində səfərdə Almaniya ilə qarşılaşan Azərbaycan millisinin təsəllisi var. Qarşılaşmanın 34-cü dəqiqəsində komandamızın bərabərlik qolunu vuran Ramil Şeydayev Bundestimin uğurlu seriyasını qırıb.
Belə ki, hücumçumuzun fərqlənməsi ilə almanların 7 oyunluq evdə qol buraxmamaq seriyası başa çatıb. Yoahim Lövün yetirmələri sonuncu dəfə evdə ötən il mayın 29-da Slovakiya ilə matçda (3:1) qola üzülmüşdülər.