Dünya futbolu
FİFA-dan Pakistana sərt cəza
FİFA Pakistan Futbol Federasiyası ilə bağlı sərt qərar qəbul e…
FİFA Pakistan Futbol Federasiyası ilə bağlı sərt qərar qəbul edib.
Futbolinfo.az xəbər verir ki, dünya futbol qurumu bu ölkənin üzvlüyünü müvəqqəti dondurub. Bu barədə qurumdan verilən məlumatda qeyd olunub. Bildirilir ki, Pakistan Futbol Federasiyası müstəqil təşkilat kimi fəaliyyət göstərmədiyindən cəzalandırılıb.
Bu cəza səbəbindən Pakistanın həm yığma, həm də klub komandaları beynəlxalq yarışlarda iştirak hüququndan məhrum edilib.
Pakistan yenidən FİFA üzvlüyünü bərpa etmək üçün müstəqil fəaliyyət göstərdiyini isbatlamalıdı.