Bizi izləyin

Müsahibə

Deyv Bultuis: “Azərbaycanda yaxşı futbol mədəniyyəti yoxdu”

“Qəbələ”nin müdafiəçisi Deyv Bultuis Holla…

blank

“Qəbələ”nin müdafiəçisi Deyv Bultuis Hollandiya mətbuatına müsahibə verib. Futbolinfo.az həmin müsahibəni təqdim edir.

– Qəbələdə necə yaşayırsan?
– Qəbələdə heç nə yoxdu. Küçələrdə inəklər gəzir. Əhalisi çox azdı. Onlar belə oyunlara gəlmirlər. Azərbaycanda yaxşı futbol mədəniyyəti yoxdu. Burada futbolun inkişafı üçün ciddi səylər göstərilir. Amma azarkeşlərə oyunlar maraqlı deyil. Biz çempionatda 7 komandaya qarşı oynayırıq. Bütün futbolçular paytaxt Bakıda yaşayırlar. Çünki Qəbələdə yaşanacaq heç nə yoxdu. Çempionatın səviyyəsi Hollandiya birincliyinin sonuncu yerləri üçün mübarizə aparanların mübarizəsinə bənzəyir. Əksər klublar Çempionlar Liqasında çıxış edən “Qarabağ” kimi ev oyunlarını Bakıda keçirirlər. Azərbaycanın ürəyi Bakıdı. Bütün neft pulları bu şəhərdə dövr edir.

– “Qəbələ”yə necə keçdiniz?
– Azad agent olarkən bir çox yerdən təklif alırsan. Mənim də variantlarım var idi. “Nürnberq”də 3 il oynadıqdan sonra getməli idim. Əvvəlcə, “Qəbələ”nin təklifini rədd etdim, amma onlar məni komandada görmək istəyirdilər.

– Maliyyə cəhətdən cəlbedici təklif idimi?
– Çox yaxşı müqavilə imzaladım. Maliyyə cəhətdən yaxşı təklif idi. APOEL və “Sürix”dən təklif almışdım. Lakin bu klublar “Qəbələ” qədər pul təklif etmədilər. Bu cür puldan imtina edə bilməzdim. Amma indi düşünürəm ki, pul məni xoşbəxt etmir.

– Niyə?
– Bu yaxınlarda Azərbaycan çempionu “Qarabağ”a qarşı oynadıq. Stadionda 2 mindən az adam var idi. Bəzi oyunlarda isə ümumiyyətlə arenada cəmi 100 və yaxud 200 nəfər olur. Bu çox kədərli mənzərədi. Yəqin ki, hələ bilmədiyim çox şey var. Qəbələdə oyundan öncə ancaq inək görürsən. Sanki onların bağırmasını gözləyirsən. Mən “Utrext” və “Nürnberq” kimi əyləncəsi bol olan klublara lazım olan bir oyunçuyam. Oralarda azarkeşlərlə yaxşı əlaqələr qurdum. Buna görə məsələn, Almaniyada 3 il qaldım. Fədakarlıq və sədaqətimi yüksək qiymətləndirdilər. Mən həmişə 1000 faizi ortaya qoyan oyunçuyam.

– Belə bir mühitdə futboldan necə zövq ala bilərsiz?
– Heç kimə maraqlı olmayan matçlara motivasiya olmaq çətindi. Bəzi matçlarda bilet olsa da, cəmi 50 sentə satılır. Bəli, Azərbaycanda futbolun səviyyəsi yüksək deyil. Həqiqətən yaxşı görünmür. Mən bilirəm ki, Con Kollins və Lorenso Ebesilyo “Qəbələ”də çıxış ediblər. Lakin onlarla əvvəlcədən danışmamışdım. Avropa Liqasında oynamaqda məqsəd “necə alınacağını görək” deyə bir deyim idi. Nəhayət Azərbaycana gəlməklə təxminlərim dəqiqləşdi. Daha bir az da səbrli olmaq lazımdı və gözəl günləri gözləməliyəm. Dion Malonedə də eyni hisslərdi. Xoşbəxtlikdən onunla birlikdəyik. Bir-birimizlə çox şeyi danışırıq. Bir yerdə gəzirik, əylənirik və yemək yeyirik. Bilirsiniz, Bakıda həyat var. Burada Avropa şəhərlərində olan hər şey mövcuddu. Böyük mağazalar, yaxşı restoranlar, əyləncə, gecə həyatı…Vaxt 24/7 möhtəşəmdi. Hər şey müasirdi. Formula-1 də daxil olmaqla Bakı mini Dubaya bənzəyir. Sərvət var. Lakin insanlar qəribədi. İnsanların yarısı çox zəngindi, yarısı isə çox kasıbdı. Bakıdan kənarda mərkəzdəki göydələnlərdən fərqli yüz il əvvəl tikilmiş evlər var. Buradakı insanlar mehribandı, dostluğu sevirlər. Amma əcnəbi olduğunuzu biləndə sizdən pul qazanmaq istəyirlər. Taksilər də eynidi. Əcnəbilərə bahalı qiymətlər deyirlər.

– Azərbaycana gedəcəyinizi biləndə yaxınlarınız nə dedi?
– Mən pul qazanacağımı dedim. Dostlarım Bakıya gəlmək istəsələr də, Hollandiyadan bura birbaşa reys yoxdu. Kiyev və ya İstanbul vasitəsilə uçmalısınız. Bu da təxminən 20 saat çəkəcək. Ailəm və dostlarım bundan əziyyət çəkər. Oğlumun indi bir yaşı var. Keçmiş həyat yoldaşımla ayrılsaq da, əla münasibətlərimiz var. Oğlumu “Facetime” və “Skype” vasitəsilə həftədə görürəm. “Nürnberq”də yaşayarkən hər oyunda onu görürdüm. Onun üçün yenidən Hollandiyaya dönmək istəyirəm.

– Nə vaxt?
– 3 illik müqaviləm olsa da, 1 ildən sonra ayrıla bilərəm. Öz yolumu düşünürəm. Hazırda xaricdə davam etmək istəyirəm. MLS məni cəlb edir. 2018-ci ildə yenidən başlayacaq. Ən azı azarkeşlərlə bol liqadı. Bir idman mədəniyyəti var. Mən keçən il yayda Hollandiyadan təkliflər aldım. Amma qayıtmaq üçün erkən olduğunu düşündüm. Bilmirəm ki, dönərkən necə olacaq. “Utrext” mənim ilk seçimim olacaq. O, sevimli klubum olaraq qalır. Gözəl illərim keçib. Yan Vuytens ilə hələ də əlaqələrim qalır. Hər yaz İbizaya gedirik. Marken Van der Marel mənimlə müntəzəm danışır. Kevin Strootman, Dris Mertens və Van Volfsvinkel kimi oğlanların istedadına sahib deyiləm. Buna görə də cəlbedici təklifi seçirəm. Azərbaycanda xüsusi macəradı. Mənim zəngin təcrübəm var. 27 yaşımda bura gəmlmişəm. Bundan sonrakı transfer dövründə gözəl bir kluba gedəcəyimə ümid edirəm. (Sport24)

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm