Bizi izləyin

Ölkə futbolu

Denisin oyunu

Futbol etibarsızdı. Bu gün Denis Silvanın üzləşdiyi aqi…

blank
Futbol etibarsızdı. Bu gün Denis Silvanın üzləşdiyi aqibət qənaətimizi bur daha təsdiqləyir.
 
“İnter” “Qarabağ”a qarşı normal futbol oynadı, hətta hesabı açmaq üçün daha real şanslar qazandı. Amma qalibi ustalıq səviyyəsi, bir də futbolçuların fiziki durumu müəyyənləşdirdi. Düzdü, ağdamlıların yaraəvəzedici heyəti meydanda istədiyini edirdi, lakin son 15 dəqiqəyə kimi onlar həm süni örtüyün gətirəcəyi zədələrdən qorunmağa çalışır, həm də sanki istədikləri vaxt qol vuracaqlarına əminlikdən arxayın oynayırdı.
 
Qurban Qurbanov tempi artırmaq, hücumu gücləndirmək üçün 3 dəyişiklik etdi və qısa zamana istədiyinə nail oldu. Riçard Almeyda hələ oyuna alışmamış vacib zərbə vurdu, dirəkdən qayıdan topu Dino Ndlovu tora atdı. Daha sonra ikinci qol gəldi. Zaur Svanadzenin əvəzləmələri isə oyunu gücləndirməyə yox, yorulanların nəfəslərini dərməsinə hesablanmışdı. “Qarabağ”ın hətta ikinci heyəti də “İnter”dən güclüdü.
 
Çempionlar Liqasında “Atletiko”yla oyunöncəsi “Qarabağ” həm gücünə qənaət etdi, həm də vacib qələbə qazandı. Premyer Liqada ciddi rəqibi olmayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçulara motivasiya verməkdə çətinlik çəksə də, qələblər sıralanır. Çünki rəqiblər aşkar zəifdi, Qara Qarayevi eksperiment aparıb müdafiəyə yox, qapıya da qoysan, xal qazanmaq problem olmamalıdı. Bir də məşqçinin Elvin Yunuszadəni yenidən qazanması alqışalayiqdi – o qədər səhvdən sonra da Qurbanov bu müdafiəçiyə tam dəstək verib, onu sabit oynayan birinə çevirdi.
 
Qurbanov millinin düşərgəsində çox əziyyət çəkən oyunçuları qoruyub, Pedro Enrike, Dino Ndlovu kimi futbolçulara praktika qazandırmağa çalışdı. Bəlkə də süni qazon üzərində onların oynadılması riskliidi, lakin 3 həftəlik fasilədən sonra “Atletiko” ilə oyuna çıxacaq oyunçular mütləq top görməliydi. Bu səbəbdən Qurban bəy qarışıq heyətə üstünlük verdi və istədiyinə nail oldu.
 
Qəzasız ötüşmək mümkün olmadı. Komandanın əsas hücumçusu Ndlovu ikinci qolu vurarkən ayağını zədələdi və texniki heyətin köməyi ilə meydanı tərk etdi. Onun zədəsinin ciddi olub-olmadığı, oktyabrın 18-də Çempionlar Liqasında “Atletiko” ilə matçda oynayıb-oynamayacağı tibbi müayinədən keçdikdən sonra bilinəcək. Lakin ilkin baxışdan görünürdü ki, faciəvi bir şey baş verməyib, bəlkə də birgünlük istirahət cənubi afrikalı legionerə kifayət edəcək.
 
“İnter” uduzmasaydı, buna görə Denis Silvaya minnətdar olacaqdı. Bu oyunçu 80 dəqiqə müdafiədə o qədər etibarlı oynadı ki, El Yunussidən 14 dəfə az maaş aldığı hiss olunmurdu. Təcrübəsi hesabına soyuqqanlı, inamlı oynayırdı. Lakin bakılıların uduzmasına görə də günahkar odu – ilk qolda adi epizodda topu uzaqlaşdıra bilmədi, ikincidə qapıçının götürəcəyi topu məhsuldar ötürməyə çevirdi.
 
Futbol buna görə ədalətsizdi. Amma Denisin 10 dəqiqəyə belə dəyişməsinin səbəbi yorğunluq, klub daxilindəki problemlərin yaratdığı psixoloji gərginlik, əvəzedilmədən oynamaq idi. Qəhrəmanın bir anda antiqəhrəmana çevrildiyi matçda baş rolda braziliyalı müdafiəçi “çəkilmişdi”.
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-28 12:35

9 ildən sonra “Mançester Yunayted”lə vidalaşdı

blank
Dünya futbolu2024-05-28 12:00

“Yuventus”da ayrılıq

blank
Dünya futbolu2024-05-28 11:33

La Liqa klubunda yeni baş məşqçi

blank
Milli komanda2024-05-28 11:02

Rəqibimiz Avro-2024 üçün heyəti açıqladı

blank
Milli komanda2024-05-28 10:47

“Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”

blank
Digər2024-05-28 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-28 09:22

“Şampiyon Cim-Bomum, ne istersen iste benden!”

blank
Dünya futbolu2024-05-28 08:57

Premyer Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Ölkə futbolu2024-05-28 08:38

“Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım” – Mahir Emreli

blank
Ölkə futbolu2024-05-28 08:19

“Neftçi”nin kapitanı azarkeşlərdən üzr istədi

blank
Ölkə futbolu2024-05-28 08:00

“Pafos”lu rəqib axtarışı: “Zirə”nin bəxti gətirsə…

blank
Dünya futbolu2024-05-28 00:52

Hüseynovlu “Arda”dan mövsümün son matçında qələbə

blank
Əvəzedicilər2024-05-28 00:37

Əvəzedicilərin yarışında mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-27 23:59

Azərbaycan kubokunda finalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-05-27 23:50

Azərbaycan boksçusundan ilk görüşdə qələbə

blank
Ölkə futbolu2024-05-27 23:37

“Sabah”dan Namikə dəstək – VİDEO

blank
Ölkə futbolu2024-05-27 23:15

“Sabah”ın azarkeş qrupu mövsümə yekun vurdu

blank
Milli komanda2024-05-27 23:00

Yığmamızın yoldaşlıq görüşləri üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-27 21:55

U-14 Qızlar Liqasının qalibləri mükafatlandırılıblar

blank
Milli komanda2024-05-27 21:25

Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-27 20:55

Minifutbol turnirinin qalibi müəyyənləşib

blank
Dünya futbolu2024-05-27 20:18

“Çelsi” Mareskaya tapşırılır

blank
Ölkə futbolu2024-05-27 20:00

Bakıda UEFA-nın dəstəyi ilə festival keçirildi

blank
Digər idman növləri2024-05-27 19:42

Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşdü

blank
Ölkə futbolu2024-05-27 19:34

“Qəbələ”dən Sxadadze ilə bağlı yekun qərar

blank
Dünya futbolu2024-05-27 19:23

“Mançester Yunayted”in futbolçusu Portuqaliya klubunda

blank
Ölkə kuboku2024-05-27 19:06

Final matçının oyun günü və başlama saatı dəqiqləşdi

blank
Ölkə futbolu2024-05-27 18:51

Pley-off matçlarının oyun cədvəli bilindi

blank
Premyer-liqa2024-05-27 18:36

Premyer Liqada mövsümün rekordu

blank
Ölkə futbolu2024-05-27 18:19

Qərb derbisində balacalar üçün əyləncəli aksiya

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm