Dünya futbolu
"Vilyareal"la "Valensiya"dan səfər qələbəsi – VİDEO
Futbol üzrə İspaniya çempioatında 8-ci tur həyəcanı …
Futbol üzrə İspaniya çempioatında 8-ci tur həyəcanı davam edir.
Futbolinfo.az xəbər verir ki, üçüncü oyun günündə "Eybar" "Deportivo" ilə ev oyununda qolsuz heç-heçəyə razılaşıb. "Vilyarreal" səfərdə "Jirona"ya, "Leqanes" isə "Malaqa"ya qalib gəlib. "Valensiya" da 9 qolluq qarşılaşmada "Betis" üzərində qələbəyə sevinib.
Xatırladaq ki, turun ilk görüşündə “Espanyol” “Levante”ni qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.
Çempion “Real” ikinci oyun günündə səfərdə “Xetafe” ilə qarşılaşıb. Madrid təmsilçisi səfərdə çətin qələbəyə sevinib.
Turun mərkəzi oyunu da ikinci oyun günündə keçirilib. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” lider “Barselona”nı qəbul edib. Bu matç “hindular”ın Ağdam təmsilçisi ilə gələn həftə Bakıda keçiriləcək oyundan öncə son qarşılaşması olub. Matç 1:1 hesabıyla nəticənib.
"Sevilya" səfərdə "Atletik"ə uduzub. "Alaves" də "Real Sosyedad"la ev oyunundan məğlubiyyətlə ayrılıb.
İspaniya La Liqası
8-ci tur
13 oktyabr
“Espanyol” – “Levante” 0:0
14 oktyabr
“Atletik” – “Sevilya” 1:0
Qol: Vesqa, 43.
“Xetafe” – “Real” 1:2
Qol: Molina, 56 – Benzema, 39. Ronaldo, 85.
“Alaves” – “Real Sosyedad” 0:2
Qol: Oyarzabal, 77. Elistondo, 81.
“Atletiko” – “Barselona” 1:1
Qol: Saul, 21 – Suares, 82.
15 oktyabr
“Eybar” – “Deportivo” 0:0
“Jirona” – “Vilyarreal” 1:2
Qol: Stuani, 40 – Bakambu, 9; 20.
“Malaqa” – “Leqanes” 0:2
Qol: Qabriel, 56. Şimanovski, 78.
“Betis” – “Valensiya” 3:6
Qol: Kempbell, 79, Sanabriya, 80. Herrera, 84 – Kondoqbiya, 35. Quedes, 45. Rodriqo, 64. Mina, 74. Zaza, 88. Pereyra, 90.
16 oktyabr
23:00 Las Palmas – Selta
–