Dünya futbolu
İsrafilovun komandası qələbə qazandı
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 10-cu turun…
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 10-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Kordoba” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.
Eddi də bu görüşün iştirakçısı olub. O, matçın 72-ci dəqiqəsində meydana buraxılıb.
“Ximnastik" geridə qalan turlarda 11 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.