Ölkə futbolu
10 illik fəaliyyətin “nəticə”si
AFFA rəhbərliyinin 10 illik fəaliyyəti “nəticəsini vermək…
AFFA rəhbərliyinin 10 illik fəaliyyəti “nəticəsini verməkdədi”. Bu dövrdə xərclənən milyardların, ciddi dövlət qayğısının sayəsində ciddi irəliləyiş gözlənilsə də, işə səriştəsizlərin rəhbərlik etməsi sayəsində milli komandalarımızın nəticələri pisləşir.
Bu gün açıqlanan FİFA reytinqində 23 pillə geriləyən Azərbaycan millisi tarixinin ikinci ən böyük enişini yaşayıb. Robert Prosineçkinin yetirmələri yalnız 3 il əvvəlki uğursuzluqla təsəlli tapa bilər.
Maraqlıdı ki, 2014-cü ildəki antirekordumuz da oktyabrda gerçəkləşmişdi. Həmin vaxt yığmamız 31 pillə geriləmişdi. Sentyabrda 95-ci olan komandamız 126-cı yerə yuvarlanmışdı.
3 il sonra yenə “yüzlük”dən kənar düşən millimiz 92-ci yeri 115-ciyə dəyişib. Budəfəki geriləmə DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2, Almaniyaya 1:5 hesablı məğlubiyyətlər üzündən yaşanıb.
Hindistan, Farer Adaları, Kurasao, Lüksemburq, Madaqaskar, Zimbabve kimi ölkələrdən geri qalan Azərbaycanı bu vəziyyətə salan AFFA rəhbərliyi isə hələ də heç nə olmamış kimi işinin başındadı.