Bizi izləyin

Ölkə futbolu

Prosineçki bu gün millimizdən ayrılır: "Telefonda pul söhbəti etməzlər"

“Prosineçki danışıqları menecerlər vasitəsilə apar…

blank

“Prosineçki danışıqları menecerlər vasitəsilə aparmağı xoşlamır, rəsmilərlə üz-üzə görüşməyi sevir. Hazırda “Trabzonspor”u gözləyir. Ancaq klubun bəzi nümayəndələri gözlənilmədən fikir dəyişiblər. O da buna əsəbləşib”.

Futbolinfo.az xəbər verir ki, bunu türkiyəli mütəxəssis Alp Çağlar deyib. “Kayserispor”da olarkən Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin köməkçisi vəzifəsində çalışmış Çağlar Türkiyə mətbuatına açıqlamasında “Trabzonspor” variantını dəyərləndirib.

O, xorvatiyalı çalışdırıcının bu gün Azərbaycan millisi ilə vidalaşacağını söyləyib: “Mövsümün əvvəlində Prosineçki ilə “Bursaspor” ilinə 1,5 milyon avro olmaqla 2 illik anlaşma əldə etmişdi. Ancaq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) onu buraxmamışdı. Baş məşqçi istəsəydi, gedə bilərdi. Ancaq pis şəkildə ayrılmaq istəmədiyi üçün “Bursaspor”a keçmədi. İndi isə Azərbaycan tərəfi ilə müqavilə müddəti bitir. Sabah (bu gün – red.) Bakıya gedib vidalaşacaq. Yığmada çalışmaq istəmir, artıq işlərini düz-qoş edib. Azərbaycandan ayrılacaq”.
 
O, üç gün əvvəl İngiltərədə olan “Trabzonspor”un prezidenti Muharrem Ustanın xorvatiyalı üçün hərəkətə gəldiyini vurğulayıb: “Prezident İngiltərədə olan AFFA-nın səlahiyyətli nümayəndələrindən biri vasitəsilə məşqçi ilə əlaqə saxlamışdı. O, Prosineçkiyə “ayın 18-də gəl, ertəsi gün məşqə çıx, həftəsonu da oyuna”, deyib. Baş məşqçi isə buna əsəbləşərək, “heç vaxt tələsik iş görmərəm, üz-üzə görüşmək lazımdı. Bunlar telefonla danışılacaq məsələ deyil”, deyə bildirib. Ardından bəzi menecerlər vasitəsilə də ona təklif göndəriblər”.
 
Alp Çağlar “bordo-mavililər”in məsələ ilə bağlı onunla da əlaqə saxladıqlarını əlavə edib: “Mənə zəng vurub, baş məşqçini razı salmağımı istədilər. Mən də Prosineçki ilə əlaqə saxlayıb, yanlış anlaşma olduğunu dedim və onu razı saldım. O, mənə “bunlar peşəkar deyillər, həvəskar davranırlar. Telefonda pul söhbəti etməzlər. Vaxt versinlər, işlərimi həll edim, ətraflı şəkildə danışıq apararıq”, dedi. Bu sözləri “Trabzonspor” rəhbərliyinə çatdırdım, onlar vaxt verəcəklərini bildirdilər. Oktyabrın 19-dək gözləyəcəklər. Bəzi “Trabzonspor” rəsmiləri “Prosineçki çox pul istədi, anlaşa bilmədik”, kimi açıqlamalar verirlər. Bu, doğru məlumat deyil, çünki pul məsələsi danışılmayıb. Sadəcə, klubun bəzi nümayəndələri onu istəmirlər. Ancaq prezident onu gətirməkdə israrlıdı. Hətta yanına iki sabiq “Trabzonspor”lunu qoymaq fikrindədi. Prosineçki də buna razıdı. Onun məşqçi heyətində, onsuz da, 3 nəfər var: iki xorvat və mən”.
 
Çağlar “Trabzonspor”un bir tərəfdən də Rıza Çalımbayla danışıq apardığını söyləyib: “Məncə, Çalımbayla uğur qazana bilməzlər. Əvvəlki klublarında əcnəbilərlə problemlər yaşayıb. “Trabzonspor”da isə 14 əcnəbi var. Klub rəhbərliyi böyük səhv etmək üzrədi. Çalımbayın komandaları ilk 5-6 ayda yüksəlişə keçdikdən sonra eniş yaşayır və sona qədər belə davam edirlər. Prosineçki 3 xarici dil bilir: ispan, alman, ingilis. Oyunçularla rahat şəkildə anlaşır. “Kayserispor”da ikən futbolçusu olmuş Okay Yokuşludan onun xarakteri barədə məlumat ala bilərlər”.
 
Prosineçkinin sabiq köməkçisi onunla maraqlanan komandaların çox olduğunu deyib: “Xorvatiya da daxil olmaqla, 5 millidən təklif alıb. Ancaq o, artıq yığma çalışdırmaq istəmir. “Kayserispor”dan pul almamış ayrılmışdı. Pulu problemə çevirən adam deyil. “Kayserispor”dan uğurlu olduğu vaxt niyə ayrıldığını söyləyim. 3 oyunçu transfer etmək istəmişdi. Amma Süleyman Hurma öz istədiklərini gətirdi, bəzilərini də göndərdi. Ardından toplanış yerini dəyişdi. Prosineçki iki dəfə istefa verdi. Bələdiyyə sədri araya girərək, onu fikrindən daşındırmışdı. Ancaq Hurmanın xasiyyəti dəyişmədiyi üçün komandadan ayrıldı. Ardından “Beşiktaş”a keçməyə çox yaxın olsa da, Ahmet Özen buna mane olmuşdu”. (Apasport)

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm