Ölkə futbolu
“Qarabağ” qol vurmağına peşman oldu
Bu gün UEFA Gənclər Liqasında birinci dövrəyə yekun vur…
Bu gün UEFA Gənclər Liqasında birinci dövrəyə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sözügedən turnirdə Azərbaycanı təmsil edən “Qarabağ”ın U-19 komandası da növbəti matçına çıxıb. Rəşad Sadıqovun çalışdırdığı kollektiv 3-cü tur çərçivəsində doğma meydanda İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gəlib.
Əvvəlki turlarda “Çelsi”yə 0:5, “Roma”ya 0:3 hesabı ilə uduzan təmsilçimiz bu oyunda ilk qolunu vurmaq, ilk xalını qazanmaq arzusundaydı. Düzdü, Ağdam klubu bu arzularından birinə çatıb. Belə ki, "Qarabağ" bu tur nəhayət turnirdə ilk qoluna imza atıb. Lakin sonda yenə böyük hesabla məğlub olub.
UEFA Gənclər Liqası
C qrupu
18 oktyabr
“Qarabağ” – “Atletiko” 1:5
Qol: Y.Deda, 18 – K.İsaak, 8. O.Klemente, 37. T.Moya, 44. A.Punyal, 69. A.Salido, 88.
Hakimlər: Vitali Meşkov, Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan).
Bakı. “Azərsun Arena”.
“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov.
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 43. Davud Mahmudov, 54. İbrahim Hüseynov.
Baş məşqçi: Rəşad Sadıqov.
“Atletiko”: 1. Aleks Dos Santos, 2. Karlos İsaak, 3. Fernando Qaştanaqa, 4. Aytor Punal (k), 5. Fransisko Montero, 7. Salomon, 8. Toni Moya, 9. Covanni Novarro, 10. Oskar Klemente, 11. Xuan Aquero, 14. Ferreras Qarsiya.
Ehtiyat oyunçular: 13. Herrero Linares, 6. Mikel Karro, 12. Xose Karlos Alyaqa, 15. Xoakin Munyos, 16. Rodriqo Rikelme, 17. Andi, 18. Alberto Salido.
Baş məşqçi: Manuel Martin.
Qrupun digər oyununda "Çelsi" doğma meydanda "Roma" ilə qarşılaşacaq.
"Çelsi" – 6, "Atletiko" – 6, "Roma" – 3, "Qarabağ" – 0.