Milli komanda
“Prosineçki bizə hesabat verəcək” – AFFA-dan açıqlama
Robert Prosineçki sabah Bakıda olacaq.
Futbolinfo.az xəbə…
Robert Prosineçki sabah Bakıda olacaq.
Futbolinfo.az xəbər verir ki, bu barəda qol.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Xorvatiyalı mütəxəssisin “Trabzonspor”la anlaşması və bu gün millimizdən ayrılacağı ilə bağlı Türkiyə mətbuatında çıxan xəbərlərə münasibət bildirən federasiya rəsmisi Prosineçkinin dekabra kimi müqaviləsinin olduğunu xatırladıb:
“Türkiyəli qardaşlarımızın yazdıqlarına hörmətlə yanaşırıq. Ancaq Prosineçkinin bizimlə dekabr ayına kimi müqaviləsi var. Baş məşqçi sabah Bakıya gələcək və AFFA-ya hesabat verəcək. Yenə deyirəm, onun dekabra qədər federasiya ilə müqaviləsi var”.
Qeyd edək ki, türkiyəli mütəxəssis Alp Çağlar "Haber61"ə açıqlamasında Prosineçkinin bu gün Azərbaycan millisi ilə vidalaşacağını deyib. Lakin Türkiyə mətbuatındakı digər məlumatlara görə, “Trabzonspor” artıq Rza Çalımbayla anlaşıb və o, bu gün klubla rəsmi müqavilə imza atacaq. Belə olan halda Prosineçkinin adının “Trabzonspor”la birgə hallanması qəribə görünür.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı