Ölkə futbolu
Aftandil Hacıyev: “Rəşad Sadıqov fiziki güc sərf etməmək üçün bu işi mənə tapşırdı”
“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası bu g&uum…
“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası bu gün "Azərsun Arena"da UEFA Gənclər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Atletiko"lu həmyaşıdlarını qəbul etdi.
Futbolinfo.az xəbər verir ki, qonaqların qalib gəldiyi oyunda (5:1) təmsilçimizi meydana baş məşqçi Rəşad Sadıqov yox, "Qarabağ"ın əvəzedici komandasının çalışdırıcısı Aftandil Hacıyev çıxarıb.
Qeyd edək ki, Sadıqov bir neçə gün öncə verdiyi açıqlamada bildirmişdi ki, "Atletiko"nun əsas komandası ilə görüşdə start heyətində meydana çıxacağı təqdirdə 19 yaşlılardan ibarət komandanı bir oyunluq Aftandil Hacıyevə həvalə edəcək.
A.Hacıyev matçdan sonra fikirlərini bölüşüb, eləcə də jurnalistlərin suallarını cavablandırıb:
– Bilirsiniz ki, Azərbaycan klubu ilk dəfədi Çempionlar Liqasında iştirak edir. Bu, gənc oyunçular üçün böyük təcrübədi. Düşünürəm ki, oyundan-oyuna futbolçularımız təcrübə qazanacaqlar. Belə oyunlar futbolçulardan böyük güc tələb edir və gənclərimiz indi-indi buna öyrəşirlər. Biz əvvəlcədən hansı komandaya qarşı oynayacağımızı bilirdik. Fikrimcə, futbolçularımız rəqibə çətin anlar yaşada bildilər, bəzi epizodlar zamanı hesab arasında fərqi azaltmaq imkanımız var idi. Biz qrup mərhələsində oynamaq üçün tam hazır olmasaq da, böyük təcrübə toplayırıq.
– Təcrübəli komandalarla oyunlara məşqçilər və futbolçular nə qazandılar?
– Futbolçular oyundakı sürəti hiss edirlər, rəqibin üstün cəhətlərini və komanda şəkilində müdafiə olunmağı görürlər. Təbii ki, bu təcrübə bizə qarşıdakı matçlarda fayda verəcək.
– Azərbaycanlı futbolçular Avropa klublarında özlərini göstərə bilmirlər. Komandanızın heyətində xarici klublarda oynamağa layiq futbolçu görürsünüz?
– Bilirsiniz ki, Gənclər Liqasında limitlə bağlı problemlərimiz var. Ancaq elə futbolçularımız var ki, gələcəkdə müəyyən səviyyəyə çata bilərlər. Amma onlar çox çalışmalı və fərdi şəkildə üzərlərində işləməlidirlər. Bundan başqa, sosial həyatdan ayrı qalmalı və idmana olan baxışlarını dəyişməlidirlər. Bəzi futbolçuların perspektivi var, amma baxırsan ki, sosial həyatda özlərini idmançı kimi aparmırla və 21 yaşda itib-batırlar. Düşünürəm ki, gənc futbolçular təcrübə artırmaq üçün yüksək liqada oynamalıdılrlar. Amma bizim çempionatda 8 komanda mübarizə apardığı üçün şans yaranmır. İnanıram ki, 2-3 ilə hansısa gənc futbolçumuz ortaya çıxacaq.
– Rəşad Sadıqovu məşqçi kimi əvəzləmək necə hiss idi?
– Paltardəyişmə otağında Rəşadla bir yerdə idik. Ümumiyyətlə, bu oyuna bir yerdə hazırlaşmışıq. Deyərdim ki, Sadıqov məşqçiliyə çox həvəslidi. Onu əvəz etməyə hər zaman hazırıq. Bu gün də çalışdıq ki, futbolçular onun yoxluğunu hiss etməsinlər. İkinci səbəbi də o idi ki, Rəşad axşam "Atletiko"nun əsas komandasına qarşı meydana çıxa bilər. Bu baxımdan qərara gəldi ki, fiziki güc sərf etməsin və bu işi mənə tapşırdı.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”