Dünya futbolu
“Qarabağ”ın qrupunda üçhakimiyyətlilik
UEFA Gənclər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunl…
UEFA Gənclər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının yer aldığı C qrupunda günün digər matçı İngiltərənin “Çelsi” və İtaliyanın “Roma” klubu arasında baş tutub. Romalılar səfərdə inamlı qələbəyə seviniblər – 2:0.
Qeyd edək ki, günün ilk matçında “Qarabağ” doğma meydanda “Atletiko”ya 1:5 hesabı ilə uduzmuşdu.
Maraqlıdı ki, bu qrupda 3 turdan sonra 3 komandanın aktivində 6 xal var.
Gənclər Liqası
C qrupu
18 oktyabr
“Çelsi” – “Roma” – 0:2
Qollar: Markuççi, 45+1-pen. Valeau, 58.
“Roma” – 6, “Çelsi” – 6, “Atletiko” – 6, “Qarabağ” – 0.