Bizi izləyin

Ölkə futbolu

Bacarığın Üstündəki adam

Volkan Üst Madridə gedir. “Qarabağ”a müraciət…

blank
Volkan Üst Madridə gedir. “Qarabağ”a müraciət edib ki, səfərə aparılan jurnalistlərin siyahısına onun da adını salsınlar. “Atletiko” ilə oyundan reportaj, xəbər və ya hansısa xəbər hazırlamağa yox, kişinin oğlu gəzməyə gedir.
 
Halbuki bu haqq “CBC Sport”un işlək əməkdaşlarının haqqıdı. Onlar səfərə, çıxmalı, kanal üçün material hazırlamalıdılar. Amma Volkan bəy azad səyyahdı, onun üçün işdən daha vacib olan gəzinti keyfi var.
 
AFFA payçısı olduğu kanalı türkiyəli bu adama tapşırmaqla işdə irəliləyiş istəyirdi. Onun əlaqələrinə, təcrübəsinə güvənirdilər. İlk vaxtlar hər şey əla idi. Premyer Liqa oyunlarından super görüntülər, keyfiyyətli çəkiliş və s. Volkan Üst gözümüzə peşəkar biri kimi girmişdi.
 
Zaman keçdi və məlum oldu ki, bütün bunlar Volkanın yox, pulun xidməti imiş. “CBC Sport” maddi vəziyyəti yaxşı olanda xaricdən mütəxəssis gətirib, ortaya məhsul qoyurmuş. Elə ki, pul qurtardı, yayımın keyfiyyəti 10-12 il əvvəlki kimi oldu. Yəni, bu iş Volkanlıq deyilmiş, imkanlıqmış.
 
Üst bacarıqsızlığını Türkiyə Superliqasının yayım hüququnun alınması prosesində göstərdi. Səs-küy, təbliğat və fısss… Dünənki bəyanatla hamını aldatdıqlarını etiraf etdilər. Sən demə, mümkün olmayacaq, qeyri-rəsmi anlaşmaya inanıb anons veriblər, texniki problemləri həll edə bilmədikdə isə axmaq vəziyyətə düşdülər.
 
Volkan bəyin əsl bacarığı bu imiş. Və özünəməxsus şərh də var. Bu adam danışıq apardıqları, anlaşdıqları qarşı tərəfdən imtinaya rəsmi səbəb də ala bilmir və ehtimallarını çatdırır:
 
“DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır.
 
Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardır.
 
Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik. Super Liqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində “CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə, sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib. Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidir kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik.
 
Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində “DigiTürk”də çalışan tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu, məsələyə bizim şəxsi baxışımızdır. Və bütün bunları, sadəcə, ehtimal edirik”.
 
Üzrxahlıq öz yerində “P.S.” lap ağlamalıdı: “Bu, “CBC Sport” telekanalının rəsmi məlumatıdır. Jurnalist dostlarımızdan, “Facebook”, “Twitter” və “İnstagram” istifadəçilərindən artıq dərəcədə xahiş edirik ki, məsələ ilə bağlı kanal rəhbərliyinə, eləcə də istənilən əməkdaşına müraciət etməyəsiniz”.
 
Bəs, kimə müraciət edək? AFFA-nın baş katibi Elxan Məmmədova? Ondan soruşaq ki, televiziya ənənələri Türkiyədən daha köklü olan ölkəmizdə daha bacarıqlı kadrlar qala-qala sizi Azərbaycan telekanalına niyə calaq edib?
 
Milli komandanın hər səfərində olursuz, indi Madridə, ardınca Romaya gedin. Gəzin dünyanı, dünya beşgünlükdü. Siz də yedirtdiklərimizdən, daha bacarıqlı olan öz insanlarımızdan üstün tutduqlarımızdan biri olun.
 
AĞA
 
P.S.: Bu məlumatı "Qarabağ"ın oyununa saatlar qalmış açıqlamağınız təsadüfi deyildi. Hiss olunur ki, Elxan Məmmədovdan dərs almısız. Millətin başı ÇL oyununa qarışdığından tənqidlərin, müzakirələrin az olacağını düşünmüşdüz, eləmi? Ay səni…
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-09 23:40

Olimpiadaya növbəti lisenziya

blank
Digər idman növləri2024-05-09 23:23

Stolüstü tennis üzrə ölkə turnirinə yekun vurulub

blank
Digər idman növləri2024-05-09 23:00

Kişi boksçularımız lisenziya turnirinə hazırlığı Banqkokda keçəcək

blank
Ölkə futbolu2024-05-09 22:29

“Sabah” Abşeronda futbolçu seçiminə başlayır

blank
Digər idman növləri2024-05-09 22:00

Azərbaycanın daha bir güləşçisi Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-09 21:27

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

blank
Digər idman növləri2024-05-09 21:00

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
I Liqa2024-05-09 20:47

MOİK və “Şamaxı”dan darmadağın

blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-05-09 16:58

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu

blank
Dünya futbolu2024-05-09 16:37

Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

blank
Müsahibə2024-05-09 16:12

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-05-09 15:56

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-09 15:33

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Ölkə futbolu2024-05-09 13:53

“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”

blank
Milli komanda2024-05-09 13:31

Millimiz üçün tanış və düşərli olmayan rəqib

blank
Digər idman növləri2024-05-09 13:17

Yığmamız Sloveniyaya yollandı

blank
Digər idman növləri2024-05-09 12:52

Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”

blank
Digər idman növləri2024-05-09 12:29

Millimizin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-09 11:43

“Pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər”

blank
Digər idman növləri2024-05-09 10:54

Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Dünya futbolu2024-05-09 09:30

KL: Sonuncu finalçı bəlli olur

blank
Dünya futbolu2024-05-09 09:00

Avroliqada finalçılar müəyyənləşir

blank
Dünya futbolu2024-05-09 01:09

“Real” əzmkar qələbə ilə ÇL-in finalında!

blank
Dünya futbolu2024-05-09 00:13

“Trabzonspor” darmadağınla finalda

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm