Dünya futbolu
“Real”dan inamlı qələbə – VİDEOLAR
Futbol üzrə İspaniya kubokunun 1/16 final mərhələsinin ilk o…
Futbol üzrə İspaniya kubokunun 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 görüş baş tutub. İlk günün ən böyük sensasiyası La Liqa təmsilçisi “Malaqa”nın Sequnda liqada çıxış edən “Numansiya”ya uduzması olub.
“Sevilya”, “Valensiya”, “Barselona” və “Betis” isə sürprizə imkan verməyib. İki elita təmsilçisi “Xetafe” və “Alaves”in duelindən isə ikincilər qalib çıxıblar.
İkinci oyun günündə bəzi sürpriz nəticələr qeydə alınıb. Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Madrid "Atletiko"su səfərdə aşağı liqa təmsilçisi "Elçe"nin öhdəsindən gələ bilməyib və heç-heçəyə razılaşıb.
Digər elita təmsilçilərindən "Vilyarreal"ın aşağı liqa təmsilçisi ilə dueldən məğlub ayrılması, "Atletik"in bərabərə qalması da xüsusi qeyd olunmalıdı.
Son oyun günündə "Deportivo" doğma meydanda "Las Palmas"a böyük hesabla uduzub. "Real Sosyedad", "Levante" və Madrid "Real"ı isə səfərdən qələbə ilə qayıtmağa nail olub.
İspaniya Kuboku
1/16 final (ilk oyunlar)
24 oktyabr
Kartaxena – Sevilya 0:3
Numansiya – Malaqa 2:1
Xetafe – Alaves 0:1
Saraqosa – Valensiya 0:2
Kadis – Betis 1:2
Mursiya – Barselona 0:3
25 oktyabr
Formentera – Atletik – 1:1
Ponferradina – Vilyarreal – 1:0
Valyadolid – Leqanes – 1:2
Eybar – Selta 1:2
Elçe – Atletiko 1:1
26 oktyabr
Leyda Esportiu – Real Sosyedad 0:1
Deportivo – Las Palmas 1:4
Jirona – Levante 0:2
Fuenlabrada – Real 0:2
Tenerife – Espanyol 0:0
–
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi