Ölkə futbolu
Seqoviya güzəştə getməsə…
“Neftçi” Daniel Seqoviya ilə yollarını ayıra bi…
“Neftçi” Daniel Seqoviya ilə yollarını ayıra bilər. Mateo Mujek və Pavel Dreksa kimi, onun da qış fasiləsində bakılılardan ayrılması mümkündü.
Müqaviləsi dekabrda bitəcək Dreksanın qalmaq üçün şansı yoxdu – baş məşqçi Tərlan Əhmədov ona qətiyyən güvənmir. Mujekin anlaşması davam etsə də, heyət üzü görməyən futbolçuyla qarşılıqlı anlaşmaya çalışılır. Lakin maaşı o qədər də yüksək olmayan cinah müdafiəçisi ehtiyat qüvvə kimi yayadəkqala da bilər.
Seqoviya ilə bağlı məsələ isə fərqlidi. Əhmədovun gəlişi ilə ehtiyata düşən oyunçu əksər hallarda əvəzetmədən də meydana buraxılmır. İspan oyunçu bu durumdan narahat olmadığını desə də, “Neftçi” rəhbərliyi belə düşünmür. Onlar komandanın ən bahalı üzvünün ehtiyatda qalmasından narahatdı.
Tezliklə Daniellə danışıqlar başlayacaq. Rəhbərlik 12,5 min dollar aylıq maaş verdiyi futbolçunun ya qarşılıqlı razılıqla vidalaşmasını, ya da maliyyə məsələlərində güzəştə getməsini istəyir. Necə ki, Uqo Barqas və İqnasio Errera bu təklifə razılaşdı. Sözügedən cütlüyün də maaşı 12 min dollar idi. Amma onlar yaxınlarda güzəştə gedib, yeni müqavilə imzaladı. İndi onlar maya kimi aylıq 10 min dollar maaşa oynayacaqlar.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq