Ölkə futbolu
Svanadze futbolçuların adından danışmaq istəmədi
“Oyuna şərh vermək çox çətindi” – bu s&o…
“Oyuna şərh vermək çox çətindi” – bu sözləri “Keşlə”nin baş məşqçisi Zaur Svanadze deyib.
Bugündən yeni adla meydanda çıxan paytaxt təmsilçisi Premyer Liqanın X turunda öz meydanında “Kəpəz”ə məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Demək olar ki, pis oynamadıq. Yaxşı imkanlarımız olsa da, yararlana bilmədik. Belə deyək, böhranın içindəyik. Bu vəziyyətdən çıxmaq üçün nəyisə dəyişmək lazımdı. Əgər geridönüşü gec etsək, bizim üçün çətin olacaq”.
Gürcü mütəxəssis dəyişiklik etmək deyərkən futbolçuları nəzərdə tutduğunu bildirib: “Mən futbolçuların sayını nəzərdə tuturam. Son bir ayda çempionat oyunları 10-12 futbolçunun üzərinə düşüb. Bir daha təkrar edirəm, yanvar ayına qədər bizim üçün çətin olacaq. Bu gün Nizami Hacıyev oynadı, amma o, hazır deyildi. Ötən oyunda Denis, bu oyunda isə Skarlatake forma geyinmədi. Əgər əsas oyunçu zədələnirsə, bizə ciddi təsir göstərir. Futbolçu olmadığına görə Tərlan Quliyevi sağda oynadıram, lakin o sol cinahda oynamağı sevir”.
Svanadze maaş almayan futbolçu oynamamaq üçün zədələndiyini bəhanə etməsinə inanmadığını deyib: “Düşünmürəm. Lakin futbolçular adından da danışa bilmərəm. Məncə, bu, əsas səbəb deyil. Başqa çıxış yolumuz yoxdu, yanvardan sonra heyət gücləndirilməlidi”.