Dünya futbolu
Eddi İsrafilov oynamadı, komandası yenə uduzdu
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 12-ci turun…
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Luqo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ximnastik" geridə qalan turlarda 11 xal toplayıb və hazırda 22 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.