Əvəzedicilər
“Qəbələ” Zirədə 3 xalı 6 qolla qazandı
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici …
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 10-cu tur davam edir.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda "Qarabağ" doğma meydanda "Səbail"lə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.
İkinci oyun günündə iki görüş keçirilib. "Zirə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. 7 qolun vurulduğu oyunda qonaqlar darmadağına seviniblər. Günün digər matçında isə "Keşlə" "Kəpəz"i 2 cavabsız qolla yenib.
Əvəzedicilərin çempionatı
10-cu tur
28 oktyabr
“Qarabağ” – “Səbail” 0:1
Qol: Pərviz Qaraxanov, 40.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Zöhrab Abbasov, Ramiz Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
29 oktyabr
“Zirə” – “Qəbələ” 1:6
Qol: Elçin Əliyev, 86 – Roman Hüseynov, 18. Rövlan Muradov, 25; 72. Alen Askerov, 31. Səid İbadov, 43. Ravil Yusifli, 76.
Hakimlər: Qorxmaz Eldarov, Müslüm Əliyev, Rəşad Xasıyev, Emin Nağıbəyov.
Zirə. İdman kompleksinin stadionu.
“Keşlə” – “Kəpəz” 2:0
Qol: Asif Vəliyev, 49. Vüqar Həsənov, 53.
Hakimlər: Ramil Əhmədov, Ruslan Babayev, İlkin Arzumanov, Vüsal Əliyev.
Bakı. “İnter Arena”.
Tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.