Dünya futbolu
Renat oynadı, Murad dubla imza atdı
Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər…
Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 10-cu tur çərçivəsində doğma meydanda “Nürnberq”lə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda futbolçularımızın komandası inamlı qələbəyə sevinib – 4:0.
Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb və sonadək oynayıblar. Mahmudov komandasının qələbəsində də xüsusi pay sahibi olub. O, 31-ci dəqiqədə “Ayntraxt”ın ikinci, 61-də isə sonuncu qoluna imza atıb.
“Ayntraxt” hazırda 14 xalla 14 klub arasında 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var