Dünya futbolu
“Qarabağ"ın rəqibi son dəqiqə qolu ilə sevindi – VİDEO
Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları ke&cce…
Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Atletiko” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Deportivo” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb – 1:0. Madridlilərin yeganə qolunu 90+1-ci dəqiqədə Tomas Partey vurub.
Bu qələbədən sonra “Atletiko” xallarının sayını 23-ə çatdırıb. Paytaxt təmsilçisi 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Bakıda qolsuz heç-heçəyə razılaşdığı “Atletiko” ilə səfərdəki oyunda da 1:1 edib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı