Milli komanda
Yığmamız son oyunda da darmadağın oldu
Futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət Az?…
Futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsi çərçivəsində son oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Slovakiyada keçirilən qrup mərhələsində Hollandiya yığması ilə qarşılaşan oğlanlardan ibarət millimiz 0:7 hesabı ilə məğlub olub. Komandamız əvvəlki oyunlarında Slovakiyaya 0:12, Rusiyaya 0:20 hesabıyla uduzmuşdu.
Qızlardan ibarət yığmamız isə Portuqaliyada keçirilən qrup mərhələsində Ukrayna yığması ilə 2:2 hesablı heç-heçə edib. Komandamızın qollarını Həqiqət Qasımova və Ayşən Əhmədova vurublar. Millimiz əvvəlki oyunlarında İtaliyaya 0:2, Portuqaliyaya 0:10 hesabıyla uduzmuşdu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”