Bizi izləyin

Müsahibə

Ağatahir Əzimov: “Rusiyanın U-17 komandası bizi 20:0 hesabı ilə udursa…”

Futzalımızın canlı əfsanəsi Ağatahir Əzimov Azərbaycan Futzal…

blank

Futzalımızın canlı əfsanəsi Ağatahir Əzimov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az hazırda “FK.İD.Futsal” komandasının kapitan sarğısını daşıyan təcrübəli oyunçunun “Yasamal” üzərindəki qələbədən (10:3) sonra verdiyi müsahibəni təqdim edir:

– Cari mövsümdə ilk dəfə bir komanda bir oyunda 10 qol vurdu. Bu rəqibin zəif çıxışından irəli gəlirdi, yoxsa hücum xətti üzərinə düşən işi layiqincə yerinə yetirdi?
– Rəqib zəif deyildi. Bu komanda bütün iştirakçılarla oynayıb. Sadəcə, “Xəmsə” ilə oyundan sonra komanda olaraq yığışdıq, söhbətləşdik. Həmin oyunda da qələbə qazanmalı idik, amma heç-heçə etdik. Bu dəfə məsuliyyətli yanaşdıq işimizə və nəticəsi ortadadı. “Xəmsə” ilə oyunda fikirləşirdik ki, asanlıqla qalib gələcəyik. Amma final fitindən sonra anladıq ki, zəif komanda yoxdu. Hazırkı çempionatda iştirakçıların səviyyəsi bir-birinə yaxındı. “Araz” hamıdan güclüdü, bu danılmazdı. Qalanları bir-biri ilə oynayacaq gücdədi.

– “Yasamal” 5-ci topu buraxdıqdan sonra sanki oyundan qopdu…
– İkinci hissədə ardıcıl qollar vurduqdan sonra onlar dayandı, bizdə isə oyun daha yaxşı alındı. Bu cür oyunların qırılma nöqtəsi həmin epizodlardı ki, gərək ardıcıl 2-3 top vurasan. Bunu edə bildinsə, rəqib yavaş-yavaş oyundan qopur.

– Debütant Yüksək Liqanın nəbzini tuta bilirmi?
– Yavaş-yavaş düzəlirik. Komanda üçün lazımi şərait yaradılıb. Rəhbərlik bütün ehtiyaclarımızı qarşılayır. Nə deyirik, dərhal yerinə yetirirlər. Hansısa problemin yaranmasını, qalmasını istəmirlər. Komanda yeni yığıldığından, uyğunlaşmaq üçün vaxt lazımdı. Birinci Liqada oynayan heyətdən cəmi 2-3 nəfər qalıb. Üstəlik, zədəli oyunçularımız da çoxdu.

– Sizin üçün 1-ci dövrə başa çatdı. Ümumi mənzərə necədi?
– Builki çempionat maraqlı keçir. Yeni komandaların gəlişi də rəqabəti artırıb. Ötən il Birinci Liqada təxminən 10-a yaxın komanda var idi ki, rəqabət aparırdılar. İndi həmin proses Yüksək Liqada gedir. “Araz” səviyyə baxımından hamıdan güclüdü. Qalan komandalar bir-birinə yaxındı. Misal üçün, “Xəmsə” bizdən xal alır, biz “Neftçi”ni uduruq.

– Komandanın təchizatı da göz oxşayır. Bəs məşq keçmək üçün lazımi şərait varmı?
– Rəhbərlik komandanın yaxşı çıxış etməsində maraqlıdı. Ona görə də hər cür şərait yaradılıb. Yalnız “Araz” bizi üstələyir. Digər komandaların heç birindən geri qalmırıq. Hər şeyimiz var, hər gün məşq keçirik, saunamız var.

– Bəs hədəfiniz nədir?
– Bu gün bizə "çempion olun", demirlər. Əlbəttə, mükafatçılar sırasına düşə bilsək, lap yaxşı. Amma “üçlüy”ə düşməsək, bu, faciə olmayacaq. Əsas odu ki, klub olaraq formalaşaq. Bundan sonra nəticə tələb olunacaq. 

– Tək-tük klublardansız ki, Birinci Liqada da təmsilçiniz var. Orada əsasən gənclər qərarlaşıb?
– Bəli, gənclərə şans verilir. Əbdülqəni Nurməmmədov adətən gənclərlə işləməyi sevir. İkinci komandanı da o, yığıb. Həmin gənclərdən biri – Eşqin Tağıyev bu oyunda bizə kömək etdi. Qapıçımız da ikinci komandadan dəvət olunub. Çünki əsas qolkiperimiz olan Ramil Həsənzadə zədəlidi.

– Məşqçiliyə başlamaq barədə necə, düşünürsən?
– Bu işə çoxdan hazıram. Gərək dəvət olsun. Bu gün bizdə uşaq məktəbləri yoxdu. Klublar indi-indi bu sahəyə diqqət ayırmaq istəyir.

– Bu illər ərzində parket üzərində yığdığın təcrübəni gənclərlə bölüşə bilirsənmi?
– Nə bilirəmsə, öyrətməyə çalışıram. Problem ondadı ki, futzalımızda gənclər yoxdu, çox azdı sayları. Bunun üçün məktəblər olmalıdı ki, gənclər ordan hazır gəlsinlər. Daha çox böyük futboldan kimlərisə dəvət edirik. U-17-nin heyəti də belə quruldu. Böyük futbolda oynayan gəncləri komandaya dəvət etdilər, nəticəsi isə acınacaqlı oldu. Heyətdə olanlardan yalnız qapıçı futzalda oynayır. Fuad Rzayev qısa vaxtda onlara nə öyrədə bilərdi ki?

– Bu işdə klublar daha çox maraqlı olmalı deyilmi?
– İnkişaf istəyiriksə, uşaq komandaları yaradılmalıdı. Əvəzedici komandalar formalaşdırılmalı, onların çempionatı keçirilməlidi. Əgər bu gün Rusiyanın U-17 komandası bizi 20:0 hesabı ilə udursa, deməli, fərq çox böyükdü. Onların məktəbləri çox güclü işləyir ki, ortaya bu mənzərə çıxır.

– Bəs veteranlarla necə, görüşüb, ötən günləri xatırlayırsınız?
– Hərdən görüşürük, yığışıb futzal oynayırıq. 

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm