Ölkə futbolu
“Kəpəz” “Səbail”lə oyuna itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının 12-ci turunda Gəncədə “Səbail&rdqu…
Topaz Premyer Liqasının 12-ci turunda Gəncədə “Səbail”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyun üçün hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Bakıda məşq edən “sarı-göylər”in hazırlıq prosesi iki mərhələyə bölünüb. Əvvəlcə fiziki çalışmalar üzərində işləyən komanda son 4 gün ərzində taktiki-texniki məşqlərə diqqət ayıracaq.
Gəncə klubu qarşıdakı 2 gündə məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Hazırlıq prosesi saat 15:30-da başlayacaq.
Qeyd edək ki, soyuqdəymə səbəbindən Kamran Abdullazadə məşqlərdə iştirak edə bilmir. Sol çiyin qurşağında bağ gərilməsi olan Davud Kəriminin vəziyyəti isə normaldı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza