Ölkə futbolu
Mikayıl Nərimanoğlu: “Tezliklə hər şey aydınlaşacaq”
AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq r…
AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Mikayıl Nərimanoğlu nəhayət, danışdı. Uzun müddətdi kölgəyə çəkilən Mikayıl bəy “Futbolinfo”nun əməkdaşı ilə qısaca söhbət etməyə razılaşdı.
“Kəpəz”in Müşahidə Şurasından geri çağırılan, ardınca AFFA-dakı postundan da göndərilən Nərimanoğlu başverənlərlə bağlı geniş danışmaq istəmir: “Hələ danışmaq üçün uyğun zaman deyil. Yoxlamanın tam bitməsini gözləyək. Hər şey dəqiqləşəndən sonra bizim də deməyə sözümüz olacaq”.
Mikayıl bəy “Kəpəz”in mühasibi Mənsurə Məmmədovanın ittihamlarını da cavablamaq istəmir: “Nə deyibsə, sağ olsun. Kiməsə cavab vermək istəmirəm. Tezliklə hər şey aydınlaşacaq”.
Bəs, Nərimanoğlu Gəncə klubunda maliyyə yeyintiləri ilə bağlı hansısa etiraf edəcəkmi? “Hansısa yeyinti olmayıb. Sənədlərlə bağlı müəyyən problemlər var idi. Səhvi etiraf edirəm, amma yeyinti olmayıb”.
Mikayıl bəy söhbəti burada bitirdi, əlavə nə isə danışmaq istəmədi. Və yoxlamalar yekunlaşandan sonra ətraflı müsahibəyə söz verdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza