Ölkə futbolu
Çexlər Kamran Ağayevin cəzasını açıqladılar
Çexiya Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan …
Çexiya Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan yığmasının və “Mlada Boleslav”ın qapıçısı Kamran Ağayevi cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqədən sonra “qırmızı” aldığı üçün 1 oyunluq cəzalandırılıb. Bu üzdən Kamran 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Banik Ostrava” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza