Ölkə futbolu
“Qarabağ”dan azarkeşlərə müraciət
Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Ç…
Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu görüşü canlı izləmək istəyən azarkeşlərə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur:
“Azarkeşlərimizdən xahiş olunur ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdı. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidi. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq. Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur”.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu