Ölkə futbolu
“Qarabağ” – “Çelsi” matçında təhlükəsizlik tam təmin olunacaq”
Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi …
Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.
Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təsdiqləyib: "Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək".
S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.
Xatırladaq ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Çelsi" oyunu saat 21:00-da start götürəcək.
Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”