Ölkə futbolu
Növbəti turu kim buraxacaq?
Sabah Yüksək Liqada 9-cu turun oyunları keçiriləcək. B…
Sabah Yüksək Liqada 9-cu turun oyunları keçiriləcək. Bəs sarı vərəqə limitinə görə, bu dəfə hansı futzalçı komandasına kömək edə bilməyəcək?
Futbolinfo.az xəbər verir ki, ötən tur “Neftçi” İK-dan Tural Qurbanov analoji limitə görə matçı tribunadan izləmişdi. Bu dəfə “Marafon Futsal”ın mövsümdə ikinci pokerinə imza atmış Seymur Məmmədova “qırmızı işıq” yandırılacaq. Belə ki, o, 1-ci turda “FK İD Futsal”la, 4-cü turda “Yasamal”la, 7-ci turda “Neftçi” və 8-ci turda yenə “FK İD Futsal”la qarşılaşmada sarı vərəqə alıb. Buna görə də futzalçı “Xəmsə” ilə oyunda komandasına kömək edə bilməyəcək.
Beş oyunçunun isə aktivində 3 sarı vərəqə var və onlar təhlükəli zonanın biraddımlığında qərarlaşıblar.
Seymur Məmmədov (“Marafon Futsal”) – 4
Hamed Khodaei (“Marafon Futsal”) – 3
Mortoza Cahandost (“Yasamal”) – 3
Reza Toloui (“Yasamal”) – 3
Fərid Ələkbərov (EKOL) – 3
Nihad İsmayılov (“FK.İD.Futsal”) – 3
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”