Ölkə futbolu
Eden Azar: “Qarabağ” qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı”
İngiltərənin “Çelsi” klubunun futbolçusu …
İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi bunları söyləyib:
“Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik. Bundan sonra yaxşı oynadıq. Həmin epizodda rəqib qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı. Daha çox qol vurmalı idik. Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə kiçik istirahət etməliyik. Qarşıdakı oyuna hazırıq”.