Ölkə futbolu
“Sumqayıt”dan son ev oyunu öncəsi müraciət
Noyabrın 26-da "Sumqayıt" Topaz Premyer Liqasında 2017-ci…
Noyabrın 26-da "Sumqayıt" Topaz Premyer Liqasında 2017-ci il üçün son ev oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, komanda “Kapital Bank Arena"da "Səbail"i qəbul edəcək. Adıçəkilən qarşılaşma həmin gün saat 16:00-da start götürəcək. “Sumqayıt” bu oyun öncəsi tərəfdarlarına müraciət ünvanlayıb. Müraciətdə bütün “Sumqayıt” azarkeşləri "Səbail"lə baş tutacaq son oyunda komandayə dəstək olmağa dəvət edilib.
Qeyd edək ki, "Sumqayıt" cari mövsümdə Premyer Liqada 5 ev oyunu keçirib. Bu görüşlərdə komandanı 6626 azarkeş dəstəkləyib. "Kapital Bank Arena"da keçirilmiş 5 oyun üçün azarkeş sayı aşağıdakı kimidi:
1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”