Milli komanda
Millimiz FİFA reytinqində yenə gerilədi
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reyt…
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda 2 pillə geriləyib. Komandamız geridə qalan bir ayda oyun keçirməsə də, xal ehtiyatı artıb. Belə ki, ötən ay açıqlanan cədvəldə hesabında 272 xalı olan yığmamız indi 281 xala malikdi. Lakin bu, iki pillə geriləməyimizi əngəlləməyib. Azərbaycan hazırda 117-ci pillədə qərarlaşıb.
İlk onluqda qərarlaşan komandalar isə bunlardı: 1 (1). Almaniya – 1602; 2 (2). Braziliya – 1483; 3 (3). Portuqaliya – 1358; 4 (4). Argentina – 1348; 5 (5). Belçika – 1325; 6 (8). İspaniya – 1231; 7 (6). Polşa – 1209; 8 (11). İsveçrə – 1190; 9 (7). Fransa – 1183; 10 (9). Çili – 1162.
Qonşu Türkiyə yığması 9 pillə geriləyərək 42-ci pilləyə düşüb. “Ay-ulduzlular”ın hesabında 735 xal var.
Bu ayın ən yaxşı göstəricisi 18 pillə irəliləyərək 114-cü sıraya yüksələn KXDR-ə məxsusdu. Ən pis göstəriciyə Laos imza atıb – 22 pillə geriləyən bu ölkə 184-cü sıraya düşüb.
Qeyd edək ki, FİFA növbəti cədvəli dekabrın 21-də açıqlayacaq.
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”