Ölkə futbolu
“Qarabağ” 19 ildən sonra təkrarlanan antirekordu
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda &…
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi” ilə qarşılaşan “Qarabağ” özünün avrokuboklardakı antirekordunu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri avrokuboklardakı ən böyükhesablı ev məğlubiyyətini yenidən yaşayıb.
İndiyədək Ağdam təmsilçisi 4-dən artıq top fərqi ilə uduzmamışdı. Amma 4 top fərqinə 2-ci dəfə üzülməyimizə səbəb olub.
Bir sözlə, klub tarixində 2-ci dəfə avropalı qonaqlar belə böyük qələbəyə seviniblər. 1998-ci ildə qeydə alınan antirekordu “Qarabağ”a “Kopenhagen” darmadağınla yaşatmışdı – 0:4. 19 ildi öz meydanında heç kimə 4 və ya daha çox top fərqilə uduzmayan komanda “Çelsi”yə “boyun əydi”. (Apasport)