Bizi izləyin

Ölkə futbolu

“Keşlə”də başıpozuqluq və Ramiz Məmmədovun haqlı üsyanı

“Keşlə”nin 7-si də çıxdı. Yeni adla xala həsr…

blank
“Keşlə”nin 7-si də çıxdı. Yeni adla xala həsrət qalan komanda tarixinin ən pis dönəmini yaşayır. Bacarıqsız rəhbərliyin idarəetmədəki səhvləri nəticəsində uğursuz seriya davam edir.
 
“Neftçi” ilə dünənki oyun problemləri çılpaqlığı ilə göz önünə sərdi. Tərlan Əhmədovun oyundan yox, nəticədən razı qalması təsadüfi deyil. Çünki meydan sahibləri yaxşı oynamadan qalib gəldi. Adrian Skarlatake, Denis Silva və daha 1-2 oyunçu az qala “Neftçi”ni xal itkisinə məruz qoyacaqdı. “Keşlə” komanda olaraq mübarizə aparsaydı, bəlkə də indi fərqli nəticədən danışırdıq.
 
Ramiz Məmmədov baş məşqçi postuna gələni hər oyun eksperiment edir. “Sumqayıt”da start heyətinə uğursuz dəyişiklik etdi və Sinan Akkoyun məğlubiyyətin səbəbkarı oldu; “Zirə” ilə görüşdə meydandakı düzülüşü dəyişdi, nizamı pozulan komanda asanca təslim oldu; “Neftçi” ilə matçda isə müdafiə blokunu dağıdıb, Skarlatakeni yarımmüdafiəçi kimi oynatdı, bu da 1:3-lə yekunlaşdı.
 
İnsaf naminə, “Zirə” ilə matçdan başlayaraq 4 müdafiəçili sistemə qayıdışı doğru addım saymaq olar. “Keşlə” məhz orta sahədə üstünlüyü ələ almaqla həmin görüşdə nisbətən yaxşı oynadı. “Neftçi” ilə qarşılaşmadakı yenilgi isə birbaşa heyət yetərsizliyi ucbatından reallaşdı. Bəzi mövqelərə oyunçu çatışmazlığı bir yana, aparıcı futbolçuların bilərəkdən oynamaq istəməməsi nəticəni müəyyənləşdirdi.
 
Məmmədovun mətbuat konfransında dediklərinə diqqət edək: “Bu komandada olan uşaqların yarıdan çoxu potensialından aşağı çıxış edir. Nizami Hacıyevin zədəli olduğunu bilirdik. Amma bu komandanın təcrübəli futbolçuya ehtiyacı var. Özü də yaxınlaşıb dedi ki, “Keşlə”dən gedəsi olsam da, bu komandaya kömək etmək istəyirəm. Sonra yorulduğunu görüb əvəzlədim. Futbolçuların potensialından aşağı çıxış etməsinin səbəbini başqa yerdə axtarmaq lazımdı. Mən bunu burda açıqlayası olsam, böyük partlayış olacaq. Buna ehtiyac yoxdu”.
 
Zənnimcə, “Neftçi” – “Keşlə” oyununu analiz etməkdənsə, şərh yazmaqdansa, nəticəni müəyyənləşdirən faktorları elə bu açıqlamada axtarmaq lazımdı. Məmmədov kimi “belə işlərdə” təcrübəli birinin bunu gözdən qaçırması mümkünsüzdü – o, hansı oyunçunun niyə zəif oynadığını, məhz bu qarşılaşmada zəif çıxış etdiyini əla görürdü.
 
Ramiz bəy ad açıqlamayıb, amma bizim də müşahidə etdiyimiz məqmlar var idi. Fikrimcə, qışda “Neftçi”yə keçəcəyi dəqiqləşməkdə olan Nizami Hacıyev, İlkin Qırtımov və Tərlan Quliyevin oyununu analiz etməklə bütün suallara cavab tapmaq olar.
Nizami vaxt öldürür, hücumların qapıya doğru şiddətlənməsinə maraq göstərmirdi. Onun hücumçuları topla təmin etmək istəməməsi, bilərəkdən zərbə anlarını qaçırmasını görməmək üçün kor olmaq lazımdı.
İlkin cinahda əvvəlki tək fəal oyunçu deyildi. Bilərəkdən zonasında boşluqlar verir, mübarizələrdən qaçır, hücumlara da qoşulmurdu.
Tərlanın ötürmələrinin 70-80 faizi geriyə, adətən də qapıçıya olurdu. Rəqib hücumları zamanı müşahidəçiyə çevrilir, oyunu hücuma yönəltməyə cəhd belə etmirdi. Qollarda onun fərdi mövqe səhvlərinə diqqət etməklə də niyyətini aydınlaşdırmaq olar.
 
Bu qeydlərdən sonra “Keşlə” və “Neftçi” rəhbərliyinin matçın videoyazısına baxacağına ümid edirik. Qonaq klubun rəsmiləri klubu idarə edə bilmədiklərini, futbolçuların özbaşnalığını görüb, utanmalıdı. “Neftçi” tərəfi isə alacağı oyunçuların gələcəkdə onların özüylə də belə davranacağını indidən bilməlidi.
 
Çoxdanışan, həmişə özündənrazı Hacıyev “Neftçi”ni necə gücləndirə bilər? Həftənin 6 günü zədəli olan, fərdi oyuna üstünlük verən yarımmüdafiəçi komanda futbolu oynayan flaqmana yararlıdımı?
Heyətdə bir neçə cinah müdafiəçisi varkən, orta səviyyəli Qırtımov kimə lazımdı? Son oyunda debüt edən Ömər Buludov da bu transferin vacid olmadığını sübut etdi. Rəhbərlik Tərlan Əhmədovun siyahısını kənara qoyub, aşağı yaş qruplarındakı istedadlara baxsa, daha yaxşı olar.
Quliyev nəinki “Neftçi”yə, “Keşlə”yə, heç autsayder “Kəpəz”ə də layiq biri deyil. Müdafiənin mərkəzində bu oyunçuya güvənmək matça 0:1 geridə başlamaq deməkdi.
 
Bu oyunu AFFA da araşdırmalıdı. “Keşlə” ilə müqaviləsi ola-ola rəqiblə danışıq aparmaq, bu sövdələşmənin nəticələrini oyunda göstərən futbolçular haqda ölçü götürülməlidi. Beynəlxalq futbol qurumları araşdırsa, bu matçı şübhəli oyunlar siyahısına da sala bilər. Görəsən, “Keşlə”də icraçı director olan AFFA-nın baş hüquq məsləhətçisi Rəmiş Malıyev bunları bilmirmi?
 
“Keşlə”nin futbolçularının bu hərəkətinə rəhbərliyin addımları da rəvac verir. Məmmədov işinin başında ikən, əcnəbi çalışdırıcını danışıqlara dəvət etmək nə dərəcədə məntiqlidi? Futbolçular gedəcəyi gözlənilən məşqçiyə qulaq asarmı?
 
Suallar çoxdu və cavabı sıralanan məğlubiyyətlərə çevrilir. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov hələ də futzal ab-havası ilə yaşayır. Görünür, o, klub rəhbəri olmaq üçün yetişməyib. İmkan, əlaqələr, “day-day” var, idarəetmə bacarığı isə bazarda satılmır…
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm