Dünya futbolu
Dmitri Nazarov qayıtdı, komandası xal itirdi
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Boxum”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Son oyunlarda cəzalı olduğu üçün meydana çıxmayan Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
“Ersgebirge” geridə qalan turlarda topladığı 19 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.