Dünya futbolu
“Qarabağ”ın rəqibi xal itkisi ilə üzləşdi
Futbol üzrə İtaliya A Seriyasında 14-cü turun oyunları k…
Futbol üzrə İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Cenoa” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. “Canavarlar” 59-cu dəqiqədə Stefan Əl Şaaravinin qolu ilə hesabda önə keçiblər. Amma 69-cu dəqiqədə kapitan Daniele De Rossi həm penaltiyə səbəb olub, həm də meydandan qovulub. Bu şansdan yararlanan meydan sahibləri hesabı bərabərləşdiriblər.
Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 31 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” ÇL-in qrup mərhələsindəki son matçını dekabrın 5-də səfərdə məhz “Roma”ya qarşı keçirəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”