Ölkə futbolu
“Neftçi” çempion!
2009-cu il təvəllüdlü futbolçular arasında ke&cced…
2009-cu il təvəllüdlü futbolçular arasında keçirilən “Sabahın ulduzları” turnirinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi İslam Kərimovun rəhbərlik etdiyi “Neftçi” PFK sona bir tur qalmış “Yasamal”ı 7:0 hesabı ilə məğlubiyyətə uğradaraq çempionluğu vaxtından əvvəl təmin edib. “Neftçi”nin heyətində Rüstəm Hüseynli het-trikə, Ramin Əbiyev isə dubla imza atıb. Digər qolları Mircavad Həsənov və Yusif Əliyev vurublar.
Bu gün isə son turun oyunları keçirilib. "Neftçi" “Amasiya”ya 6:2 hesabı ilə qalib gəlib. Qolları Rüstəm Hüseynli (3), Ramin Əbiyev (2) və Sərxan Əbilov vurublar.
Keçirdiyi 10 oyunun hamısında qələbə qazanan U-9-a Azərbaycan Kubokunun noyabrın 28-də baş tutacaq “Neftçi” – “Zaqatala” matçının fasiləsində qızıl medallar təqdim ediləcək, 33 qolla sayca 15-ci “Sabahın ulduzları” çempionatının bombardiri olan və turnirin ən yaxşı futbolçusu seçilən Rüstəm Hüseynli xüsusi mükafata layiq görüləcək.