Ölkə futbolu
Təmkin üçün il bitdi
Premyer Liqanın XIII turu iki futbolçunun cəzalanması ilə n…
Premyer Liqanın XIII turu iki futbolçunun cəzalanması ilə nəticələnib. Mövsümdə 4-cü sarı vərəqəni alan futbolçular növbəti oyunu buraxmalı olacaq.
“Qarabağ”la matçda cəzalanan Təmkin Xəlilzadə “Zirə”nin 2017-ci ildəki son çempionat matçını buraxacaq. O, “Səbail”lə səfər görüşündə meydana çıxa bilməyəcək.
Sonuncular da həmin görüşə itki ilə çıxacaq. Tamazi Tsetsxladze 4-cü xəbərdarlıq üzündən cəzalı duruma düşüb. O, “Sumqayıt”la görüşdə bu aqibətlə üzləşib. Lakin onun üçün Premyer Liqada il başa çatmayıb. Çünki komandasının təxirə salınmış oyunu da var.