Premyer-liqa
“Səbail”dən ilk heç-heçə
Topaz Premyer Liqasının “Sumqayıt”la səfər qarşıla?…
Topaz Premyer Liqasının “Sumqayıt”la səfər qarşılaşması “Səbail” üçün ilklə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, debütant yüksək dəstədə özünün ilk heç-heçəsinə imza atıb – 0:0. Bu turadək cari mövsüm aktivində bərabərlik olmayan yeganə komanda olan Samir Əliyevin yetirmələri özünün 12-ci matçında 1 xal qazanıb. Bunadək 4 qələbə və 7 məğlubiyyəti olan bakılılar 11 matçlıq heç-heçəsizliyə son qoyub.
Azərbaycan çempionatları tarixində ən uzun heç-heçəsiz oyunlar seriyası “Şəfa”ya məxsusdur. Paytaxt klubu 1996-98-ci illərdə texniki nəticələr sayılmadan ardıcıl 51 dəfə ya qalib gəlib, ya da uduzub. “Şəfa” Azərbaycan yığması (U-18) adı altında çıxış etdiyi 1997/98 mövsümünü bərabərliksiz başa vurub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza