Dünya futbolu
“Milan” Montellanı qovdu – yeni baş məşqçi də bəllidi
İtaliyanın “Milan” klubunda baş məşqçi dəyiş…
İtaliyanın “Milan” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi Vinçentso Montella ilə yollarını ayırıb. Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Montellanın istefasına səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidi.
Artıq “rossonyerlər”in “sükanı arxasına” kimin keçəcəyi də məlum olub. Futbolçu kimi uzun illər “Milan”da forma geyinmiş, bu klubun aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərmiş Cennaro Qattuzo baş məşqçi postuna keçib.
Montella 2016-cı ildən "Milan"ı çalışdırırdı.
Bu komanda A Seriyasında 14 turdan sonra 20 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”