Milli komanda
Sloveniyalılar Robert Prosineçkidən imtina etdilər
Sloveniya Futbol Federasiyası milli komandamızın hazırkı baş mə…
Sloveniya Futbol Federasiyası milli komandamızın hazırkı baş məşqçisi Robert Prosineçkidən imtina edib.
Futbolinfo.az xəbər verir ki, qurum yığmaya əsas namizədlər sırasından xorvatiyalı mütəxəssisi çıxarıb. Sloveniya Futbol Federasiyası millinin baş məşqçi vəzifəsinə yerli çalışdırıcı Tomaj Kavçiçi gətirmək qərarına gəlib. Yaxın günlərdə Kavçiçlə müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsinin müddəti dekabrda başa çatır. Bundan sonra milliyə Qurban Qurbanov rəhbərlik edəcək.