Ölkə futbolu
“Qarabağ”ın rəqibindən əzmkar qələbə – VİDEO
Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunları k…
Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Atletiko” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Real Sosyedad” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
Qarşılaşmada hesabı 29-cu dəqiqədə penaltidən fərqlənən qonaqlar açıblar. 63-cü dəqiqədə Filipe Luis bərabərlik qolunu vurub. 87-də isə Antuan Qrizmann Madrid təmsilçisinə əzmkar qələbə qazandıran qola imza atıb.
Bu qələbədən sonra “Atletiko” xallarının sayını 30-a çatdırıb. Paytaxt təmsilçisi 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Bakıda qolsuz heç-heçəyə razılaşdığı “Atletiko” ilə səfərdəki oyunda da 1 xal qazanmağa nail olub – 1:1.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”