Ölkə futbolu
Əvvəl Di Françesko, sonra Qurbanov
Çempionlar Liqasının qrup mərhələsinin son matçınd…
Çempionlar Liqasının qrup mərhələsinin son matçında səfərdə “Roma” ilə qarşılaşacaq “Qarabağ” artıq İtaliyaya yola düşüb. İki gün sonrakı qarşılaşmadan öncə hər iki komandanın baş məşqçilərinin mətbuat konfransları və oyunöncəsi son məşqlərinin vaxtı bəlli olub.
Media mənsubları qarşısına ilk olaraq meydan sahiblərinin baş məşqçisi çıxacaq. Eysebio di Françesko dekabrın 4-də Bakı vaxtı saat 16:30-da jurnalistlərin suallarını cavablandıracaq. “Canavarlar”ın son məşqi isə bundan yarım saat sonra olacaq.
Azərbaycan çempionunun çalışdırıcısı Qurban Qurbanov da həmin gün, ancaq bundan 5 saat sonra media mənsubları ilə görüşəcək. O, Bakı vaxtı ilə saat 21:30-da matçla bağlı açıqlamalar verəcək. Saat 22:00-da isə təmsilçimizin son məşqi olacaq.
Qeyd edək ki, iki komanda arasındakı oyun dekabrın 5-də, saat 23:45-də start götürəcək.