Ölkə futbolu
Fəriddən daha bir uğurlu oyun
Çexiya gənclər liqasında XVII turun oyunları keçiril…
Çexiya gənclər liqasında XVII turun oyunları keçirilir. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nin U-21 komandası səfər matçına çıxıb. Praqa təmsilçisi “Hradec Kralove”nin qonağı olub.
Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan bu komandaların görüşündə qonaqlar 3:1 hesablı qələbəyə seviniblər. Bu matç “Qəbələ” Fubol Akademiyasının yetirməsi üçün uğurlu alınıb. Belə ki, istedadlı futbolçu hesab 0:0 olarkən diqqət mərkəzinə düşüb. Nəbiyev iki rəqibini aldadaraq qapıya qüvvətli zərbə endirsə də, top qapı dirəyindən dönüb.
Bununla kifayətlənməyən Nəbiyev, komandasının ikinci qolunun vurulmasında əsas pay sahibi olub. Məhz onun ötürməsi qolla nəticələnib. Oyunu yüksək səviyyədə keçirən istedadlı futbolçu 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Slaviya” bu qələbə sayəsində həm “Hradec Kralove” ilə xallarını bərabərlədirib, həm də turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var