Ölkə futbolu
Millimiz və 3 rəqibi: eyni sayda qol, eyni xal
Bu gün İranda futzal üzrə “4 Top Nations” turn…
Bu gün İranda futzal üzrə “4 Top Nations” turniri start götürüb. Milli komandamız da beynəlxalq yarışda iştirak edir.
Joze Alesio Da Silvanın yetirmələrinin ilk rəqibi meydan sahibi İran yığması olub. Cənub qonşularımızla artıq millilər səviyyəsində bir dəfə üz-üzə gəlmişik. 2016-cı ildə Kolumbiyada keçirilən futsal üzrə dünya çempionatında millimizlə birlikdə F qrupunda çıxış etmiş İran futzalçıları ilə yığmamız bərabərliyə razılaşmışdı. Asiyanın güclülərindən olan rəqibimiz hazırda dünya sıralamasında “ilk 10”da yer alır.
Bu dəfə də iki komanda arasındakı oyunda qalib müəyyənləşməyib. Hərəyə 3 qol vuran komandalar hərəyə 1 xal qazanıblar.
Qeyd edək ki, günün ilk oyununda Rusiya və Qazaxıstan milliləri də eynihesablı bərabərliyə razılaşıblar.
I tur
Rusiya – Qazaxıstan 3:3
İran – Azərbaycan 3:3
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var