Ölkə futbolu
“Qəbələ”: II dövrənin ən yaxşısı
Topaz Premyer Liqasında II dövrəyə yekun vurulub. Dövrən…
Topaz Premyer Liqasında II dövrəyə yekun vurulub. Dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.
Yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”di. “Qarabağ”la eyni – 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb. “Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. “Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. II dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadı.
Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olmuşdu.
1. Qəbələ 7 6 0 1 18-6 18
2. Qarabağ 7 6 0 1 11-3 18
3. Zirə 7 5 0 2 11-6 15
4. Neftçi 7 4 0 3 12-7 12
5. Sumqayıt 7 3 1 3 9-7 10
6. Səbail 7 2 1 4 5-11 7
7. Kəpəz 7 1 0 6 5-18 3
8. Keşlə 7 0 0 7 2-15 0
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var