Dünya futbolu
“Beşiktaş” yenə büdrədi, “Başakşəhər” uduzdu – VİDEOLAR
Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Fənərbaxça” “Bursaspor”un qonağı olub. Qarşılaşmanın taleyini bir qol həll edib. Qələbəni isə qonaqlar bayram ediblər.
İkinci oyun günündə "Qalatasaray"ın doğma meydanda "Akhisar"la bol qollu qarşılaşması daha diqqətçəkən olub. Matç meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
"Trabzonspor" səfərdə "Kasımpaşa"ya, "Göztəpə" isə "Yeni Malatyaspor"a qalib gəlib.
Lider “Başakşəhər” bazar günü meydana çıxıb. “Narıncı-göylər” səfərdə “Sivasspor”la qarşılaşıb və minimal hesabla uduzub.
Çempion “Beşiktaş” da bazar günü meydana çıxıb. “Qara qartal” da səfərdə “Kayserispor”la görüşdə xal itkisi ilə üzləşib.
Türkiyə Super Liqası
15-ci tur
8 dekabr
Bursaspor – Fənərbaxça 0:1
Qol: Juliano, 65-pen.
9 dekabr
Kasımpaşa – Trabzonspor 0:3
Qol: Burak Yılmaz, 45+1. Rodalleqa, 90. Matus Bero, 90+4.
Yeni Malatyaspor – Göztəpə 2:3
Qol: Pereyra, 14. Butaib, 64-pen – Kadu, 6. Selçuk Şahin, 33. Rotman, 45+3.
Antalyaspor – Gənclərbirliyi 1:1
Qol: Kadah, 63-pen – Paraiba, 58.
Qalatasaray – Akhisar 4:2
Qol: Fernando, 49. Qomis, 51. Belhanda, 70. Fequli, 90 – Maykon, 16-öz qapısına. O.Adin, 45.
10 dekabr
Osmanlıspor – Alanyaspor 3:0
Qol: Çikalleşi, 13-pen. Çağıran, 20-pen. Gürler, 29-pen.
Sivasspor – Başakşəhər 1:0
Qol: Kone, 17.
Kayserispor – Beşiktaş 1:1
Qol: U.Bulut, 31 – C.Tosun, 45-pen.
11 dekabr
21:00 Konyaspor – Karabükspor
–