Dünya futbolu
“Latsio”dan A Seriyası ilə bağlı təhdid
İtaliyanın “Latsio” klubunun rəhbərliyi A Seriyasında…
İtaliyanın “Latsio” klubunun rəhbərliyi A Seriyasındakı hakimlikdən narazıdı.
Futbolinfo.az xəbər verir ki, buna görə paytaxt təmsilçisi hətta çempionatdan yarımçıq çıxmaq barədə düşünür. Son turda “Torino” ilə oyunundakı 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbəriyi kəskin bəyanatlar səsləndiriblər.
Klub prezidenti Klaudio Lotito “Latsio”nun siyasi kampaniyanın qurbanı olduğunu bəyan edib. Onun sözlərinə görə, bu komandanın mövsümün sonunda ilk dördlükdə qərarlaşmasını istəməyənlər var.
Qeyd edək ki, “Latsio” – “Torino” matçında hakimliklə bağlı bəzi narazılıqlar olub. Belə ki, rəqib futbolçu əllə oynasa da, hakim “Latsio”nun xeyrinə penalti təyin etməyib. Komandanın aparıcı hücumçusu Çiro İmmobile isə Nikolas Burdisso ilə aralarında yaşanan insidentə görə videotəkrara baxıldıqdan sonra meydandan qovulub.
Qalmaqallı “Latsio” – “Torino” görüşünü Pyero Cakomelli idarə edib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar